XƏBƏRDARLIQ: Yağış, qar yağacaq, güclü külək əsəcək
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı, axşama doğru bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 4-6 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 26-da duman olacağı, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 26-27-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda yağıntılı hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.
Xəbərdarlıq
Yanvarın 26-sı gündüzdən 27-si axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yağışın sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu 3 dərəcəyədək aşağı enəcək.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.