"Barselona"nı məğlub etsək, finala qədər irəliləyəcəyik"
"Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Ture iddialı açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, "The Daily Star"a danışan Ture komandasının Çempionlar Liqasının finalına qədər irəliləyə biləcəyini iddia edib: "Çempionlar Liqasında məğlub edilməsi çətin olan komandalardan biri də "Barselona"dır. Əgər onları məğlub edə bilsək, turnirin finalına qədər irəliləyəcəyik. Daha öncə "Barselona"da oynamışam. Onların necə komanda olduğunu yaxşı bilirəm". Qeyd edək ki, "Mançester Siti" - "Barselona" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.