“Duymayan kalmasın” verilişinin aparıcı Seren Serengil 3 gün həbs yatmayacaq. Bunu Serenin vəkili deyib. O, İnstaqram hesabında yazıb: "Hörmətli, media işçiləri. İstanbul ailə məhkəməsinin müvəkkilim Seren Serengillə bağlı verdiyi 3 günlük həbs cəzasının icrası üçün Bakırgöy qadın həbsxanası bütün hazırlıqlarını edib. Lakin İstanbul ailə məhkəməsinin hakimi tərəfindən verilən qərar yazılmadığı üçün icra gerçəkləşməyib". Xatırladaq ki, müğənni-aparıcı həmkarı Gülben Ergenin boşanması ilə bağlı proqramında onun əleyhinə sözlər işlətdiyi üçün bu cəzaya məhkum olunub.
Gülbenin şikayəti əsasında Serengil verilişində onunla bağlı hər hansı açıqlama verməməli, fikir bildirməməli idi. Ancaq Seren həmkarının əleyhinə sözlər işlətməkdə davam etdiyindən məhkəmə qərarı ilə 3 gün həbs yatmalıdır. Onun yerinə verilişi Demet Akalın aparacaq.
Qeyd edək ki, Seren Gülbeni evli kişiləri yoldan çıxarmaqda ittiham etmiş və onun əleyhinə qeyri-etik ifadələr səsləndirmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.