Müğənni Rihanna "Qremmi-2018" mərasimində "Ən yaxşı rep çıxışı" mükafatından daha çox xarici görünüşü ilə diqqət çəkib. Gecə boyu bir neçə dəfə geyim dəyişən ifaçının hamilə olduğu iddia olunur. Belə ki, tədbirdə çəkilən şəkilləri sosial şəbəkədə yayıldıqdan sonra Rihannanın çəki alması və qarnının böyüklüyü izləyicilərin gözündən yayınmayıb. Onlar sənətçinin hamilə olduğunu qeyd ediblər. 29 yaşlı müğənni bu barədə rəsmi açıqlama verməsə də, onun yarım ildir sevgili olduğu və ailə qurmağa hazırlaşdığı ərəb milyarderi Hassan Cəmildən uşaq gözlədiyi bildirilir.
Qeyd edək ki, Hasan Cəmil "Toyota" şirkətinin Səudiyə Ərəbistanındakı nümayəndəliyinin sahibidir. Onun özünün təkcə 1,5 milyard dollar varidatı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.