banner
banner

Sosİal

“Ağıllı” linza yaradıldı - Qlükozanın səviyyəsini izləyəcək

“Ağıllı” linza yaradıldı -

Cənubi Koreyanın Ulsan Milli Elm və Texnologiyalar İnstitutunun mühəndisləri “ağıllı” kontakt linzası - gözyaşı mayesində qlükoza sensoru yaradıblar.

Trend-in məlumatına görə, linza elastik şəffaf əsasdan, antena, qlükoza sensoru və şəffaf keçirici material zolağı ilə birləşdirilən kiçik işıq diodundan ibarətdir. Antena yaxın vericidən radiosiqnalı qəbul edərək onu az miqdarda elektrik enerjisinə çevirir. Sensor gözyaşı mayesində qlükozanın miqdarını ölçür və qanda şəkərin miqdarı çoxalan zaman işıq dioduna siqnal ötürür. Qurğu istifadəçini insulinin qəbul olunması vaxtı barədə xəbərdar edir. Şəkərin səviyyəsi azalmağa başlayan zaman diod sönür.

 

İndiyədək təklif olunan “ağıllı” kontakt linzaları prototiplərində (məsələn, Verily Life Sciences startapı) göz üçün potensial təhlükəli bərk və qeyri-şəffaf detallardan istifadə edilib. Yeni yaradılan linzada bu çatışmazlıqlar aradan qaldırılıb. Belə ki, linzanın 90 faizi tam şəffafdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.