“Oskar-2015” mükafatlandırma mərasiminə ağ uzun libas və qırmızı əlcəklərlə qatılan Ledi Qaqa gülüş obyektinə çevrilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri sənətçini lağa qoyublar. Belə ki, L.Qaqanın paltarına uyğunlaşdırmağa çalışdığı aksesuarı mətbəxdə qab-qacaq yumaq üçün istifadə edilən əlcəklərə bənzədilib. İstifadəçilər hətta fotomontaj yolu ilə müğənnini mətbəxdə təsvir ediblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.