banner
banner

Sosİal

Qış tətili başa çatıb

Qış tətili başa çatıb

Ümumi təhsil məktəblərində qış tətili başa çatıb.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdləri üçün 27-31 yanvar tarixlərini əhatə edən qış tətili müddətində çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar təşkil olunub.

Tətil günlərində məktəblilər YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiya ediblər. BŞTİ və YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin birgə təşkilatçılığı ilə fərqli yaş qruplarının tələbatına uyğun təşkil olunan ekskursiyalar zamanı qısa mühazirələr oxunub, yaradıcı oyunlar keçirilib, təlimçilər tərəfindən şagirdlərə daş üzərində boya ilə rəsm çəkmək öyrədilib. Həmçinin, məktəblilərə ustad dərsləri keçirilib, onların tanınmış şəxslərlə görüşləri təşkil edilib.

 

Tətil günlərində məktəblilər üçün Xalq Təhsili Muzeyinə də ekskursiyalar təşkil olunub. Şagirdlər muzeydə qabaqcıl təhsil müəssisələri və müəllimlər barədə məlumatlandırılıb, eyni zamanda, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaitləri və ləvazimatlar, müxtəlif illərə məxsus dərslik və proqramlar, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olublar.

Tətil günlərində məktəblərin və valideynlərin təşəbbüsü ilə digər tarixi məkanlara və mədəniyyət mərkəzlərinə də ekskursiyalar təşkil edilib.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf mərkəzləri də tətil günlərində fəaliyyətlərini davam etdirib. Bu müəssisələrdə məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb.

Qeyd edək ki, tətil günlərində məktəblilər üçün maarifləndirici tədbir və ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtını səmərəli keçirməsinə şərait yaratmaq, dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, həmçinin, onlar arasında Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixini təbliğ etməkdən ibarətdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.