banner
banner

Dünya

Nazir: Suriya terrorçuluqla mübarizədə Türkiyə ilə həmrəydir

Nazir: Suriya terrorçuluqla mübarizədə Türkiyə ilə həmrəydir

Türkiyənin Xarici İşlər Nazirliyi Suriyanın terrorçuluqla mübarizədə rəsmi Ankara ilə həmrəy olduğunu hesab edir.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Nazir qeyd edib ki, Türkiyə ilə Suriya arasında diplomatik münasibətlərin olmaması hər iki ölkənin YPG terrorçuları ilə mübarizəyə müxtəlif yanaşdığını ifadə etmir:

 

“Hesab edirəm ki, Suriya hökuməti YPG terror qruplaşması ilə mübarizə məsələsində Türkiyə ilə həmrəydir, çünki bu qruplaşma Suriyanı parçalamaq niyyətindədir”.

Qeyd edək ki, İstanbulda Suriyanın baş konsulluğu işini davam etdirir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.