Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları davam edir. Bu gün daha iki qarşılaşma keçirilib.
"Akhisar Genclik Spor" səfərdə "Kayserispor"la üz-üzə gəlib. 2 dəfə hesabda önə keçən qonaqlar sonda qələbəni əldən versələr də, mərhələ adlayıblar. "Girəsunspor"u qəbul edən "Fənərbaxça" qapısında erkən qol görsə də, ilk matçda olduğu kimi, yenə də 2:1 hesablı qələbəyə sevinib. Bununla da "Fənərbaxça" növbəti mərhələdə "Beşiktaş"a rəqib olub. Qeyd edək ki, sonuncu yarımfinalçı sabah müəyyənləşəcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb