Rusiyada prezidentliyə daha bir namizəd qeydə alındı - Kommunist
Rusiyanın Mərkəzi Seçki Komissiyası prezident seçkiləri üçün daha bir namizədi qeydə alıb.
Trend-in məlumatına görə, “Rusiya kommunistləri” partiyasının Mərkəzi komitəsinin sədri Maksim Suraykin prezidentliyə səkkizinci və sonuncu namizəd olub.
Bugünədək hazırkı prezident Vladimir Putin, Vladimir Jirinovski, Pavel Qrudinin, Qriqori Yavlinski, Boris Titov, Sergey Baburin, Kseniya Sobçakın namizədlikləri qeydə alınıb.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.