banner
banner

Şou

Yaşın nə fərqi var ki... - fotolar

Yaşın nə fərqi var ki...

Axşam.az xarici KİV-ə istinadən yaşı 60-dan çox olsa da, geyim üslubları ilə gənclərə meydan oxuya biləcək insanları təqdim edir:

Mun Lin - 88 yaşlı qadın nəvəsinin köməyi ilə açdığı İnstaqram səhifəsi vasitəsilə internet fenomeninə çevrilib. Özünəməxsus geyim tərzi olan Mun moda dünyasına yeni bir nəfəs gətirib. Li hamıdan fərqlənməyi və müasir geyinməyi çox sevdiyini bildirib.







Lin Slater - Fordham universitetində işləyən 63 yaşlı qadın həyat eşqi və dəbli görkəmi ilə hər kəsi özünə heyran qoyur. Nyu-York moda həftəsi çərçivəsində jurnalistlərin səhvən onu “dəb ikonu” hesab etmələri nəticəsində Lin dünya ulduzuna çevrilib. Nümayişə izləyici kimi qatılan professoru keçmiş model hesab ediblər. Bu hadisədən bir müddət sonra Slater İnstaqramda “Accidental icon” adlı səhifə açır və şəkillərini orada yerləşdirir. Belə ki, artıq onun “Mango”, “Uniglo” kimi məşhur brendlərlə əməkdaşlıq edir.







Lens Uelş - 57 yaşlı Lens London bazarında meyvə tərəvəz satmaqla məşğuldur. O da təsadüfən məşhurlaşıb. Belə ki, alıcıların diqqətini rəngarəng geyimləri ilə çəkən satıcı bir gün müştərilərdən birinin fotokamerasına tuş gəlir. "Dəbli satıcı" adı altında foto sosial şəbəkədə yayıldıqdan sonra Lens şöhrətlənir və özünə İnstaqram səhifəsi açaraq hər dəfə yeni fotolarını orada yerləşdirir.







Debra Rapopor - 71 yaşlı qadını küçədə görəndə dönüb baxmamaq mümkün deyil. Müxtəlif təzdə papaqlar tikən və onlardan istifadə edən Debra özünəməxsus görünüşü ilə fərqlənməyi bacarır.







Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.