banner
banner

Sosİal

SOS! İnternet asılılığı olan uşaqlara daha həssas yanaşmaq lazımdır

SOS!

Azərbaycanın internet provayderləri yeniyetmələrin internetin mənfi təsirindən müdafiəsini təkbaşına təmin etmək iqtidarında deyil.

Bunu Trend-ə İnformasiya Problemlərinin Araşdırma Mərkəzinin direktoru Yaşar Hacıyev deyib.

Y.Hacıyevin sözlərinə görə, bu problemin araşdırılmasına müəyyən qəyyum şuraları, məktəblərin nəzdində fəaliyyət göstərən müvafiq komitələr və digər təşkilatlar cəlb olunmalıdır: "İlk növbədə psixoloji aspektlər ön plana çıxır. İnternet asılılığı olan uşaqlar var ki, onlara daha həssas yanaşmaq lazımdır. Bu çox ciddi problemdir və hələ də öz cavabını tapmayıb. Bu elə bir problemdir ki, internet provayderlər çətin ki, təkbaşına bunun öhdəsindən gəlsin. Cəmiyyət də bu amilin mövcudluğundan narahat olmalıdır".

Qeyd edək ki, hətta 2004-cü ildən Beynəlxalq Təhlükəsiz İnternet günü təsis olunub ki, bu da problemə nə qədər önəm verilməsinin vacibliyini bir daha sübut edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.