Aktyora qarşı kampaniya başlanıldı: "Tüfürməyi tərgit"
"Sen Anlat Karadeniz" serialında "Vedat" obrazını canlandıran aktyor Mehmet Ali Nuroğlu yenə sosial medianın dilinə düşüb. Eran işində həyat yoldaşı "Nəfəs"i döyən, ona işgəncələr verən Mehmet üçün izləyicilər "Tüfürməyi tərgit" kampaniyasına başlayıb. Aktyor özü də İnstaqram hesabında ona gələn şərhlərə münasibət bildirib. O, həkim və özünün uşaq kimi əks olunduğu fotonu "Tüfürməyi təcili tərgitməliyəm" qeydi ilə paylaşıb.
Şəkil sosial media istifadəçilərinin gülüş hədəfinə çevrilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.