Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları davam edir.
Qol.az-ın məlumatına görə, bu gün daha 2 qarşılaşma keçirilib.
Əsas diqqətlər Madridə yönəlib. Burada ÇL-in son qalibi "Real" cari mövsümün favoritlərindən olan PSJ-ni qəbul edib. Qarşılaşma İspaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər matçında “Portu” "Liverpul"u qəbul edib. Görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha 4 qarşılaşma gələn həftə keçiriləcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.