Xəstəlik yayan pullar dezinfeksiya edilirmi? - Mərkəzi Bankdan CAVAB
"Yoluxucu xəstəliklərin yayılmasında əsginas və dəmir pulların da rolu var. Bu pullar hər cür yoluxucu xəstəliyi insandan insana keçirə bilər".
Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Məmmədov deyib.
Onun sözlərinə görə, pulların mikroblarla, viruslarla, mikroskopik göbələklərlə çirklənmə təhlükəsi çoxdur:
“Əllərində dəri xəstəliyi olanlar, vərəmə yoluxanlar əsginasa əllərini vurduqda bu xəstəliyi başqasına keçirə bilirlər. Sözsüz ki, əgər bir adam vərəm xəstəsidirsə, o, öskürürsə, vərəm çöpləri əsginasa da keçir. Kəskin respirator virus infeksiyaları da pula keçə bilir. Xəstə insan dəsmalla burnunu sildikdən sonra həmin əli ilə pulu götürürsə, onda pulun çirklənmə təhlükəsi yaranır. Əsginas pulların bəzisində hətta bağırsaq çöpü də tapılır. Bağırsaq çöpü isə müəyyən bir dövrdə bağırsaq xəstəliklərini törədə bilən patogen hala çevrilə bilər”.
A.Məmmədov qeyd edib ki, banklarda, xəzinələrdə - pulların sayıldığı digər yerlərdə pulların dezinfeksiyası üçün xüsusi texniki vasitələr olmalıdır.
Əsginas pulların kimyəvi dezinfeksiyasının və onun hansısa vasitə ilə silinməsinin mümkünsüz olduğunu deyən alim təklif edir ki, pulları ultrabənövşəyi şüalar vasitəsilə dezinfeksiya etmək olar:
“Təbabətdə ultrabənövşəyi şüa lampaları var. Onlar qısa dalğalar buraxmaqla virusu, mikrobu məhv edir. Yaxşı olar ki, banklarda və digər pul qəbul edilən yerlərdə belə ultrabənövşəyi şüa lampaları istifadə edilsin, pullar şüalandırılsın. Say qurğularına daxil edilən pulları ultrabönəvşəyi, qısa dalğalı şüalar buraxmaqla dezinfeksiya etmək olar. Bunun üçün xüsusi ekranlı və ekransız lampalar var. Onlar mikroblara çox öldürücü təsir edir. Bu lampalarla edilən dezinfeksiyaya fiziki dezinfeksiya deyilir”.
A.Məmmədov qeyd edib ki, bu şüalar vasitəsilə bağçaları, xəstəxanaları
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.