Müğənni Mustafa Sandalla boşanma ərəfəsində olan serb ifaçı Emina Sandal gözlənilməz həmlə edib. 14 illik ailə həyatlarına son qoyan Emina qızlıq soyadına qayıdıb. Belə ki, hələlik məhkəməyə müraciət etməyən Emina social şəbəkədə Yahoviç soyadını istifadə edir. Bundan başqa o, oğlu Yavuzun ad günü dəvətnaməsinə də Yahoviç soyadını yazıb. Bununla da Emina Mustafa ilə olan bütün bağlarını qoparmağa çalışır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.