“Hilton” otellər şəbəkəsinin varisi, tanınmış dicey Peris Hilton Rihannanın ad günündə görüntülənib. Hilton gecəyə nişanlısı Kris Zilka ilə birlikdə qatılıb. Peris məkana daxil olarkən barmağındakı iri armudşəkilli nişan üzüyünü jurnalistlərə göstərib. Kris Hiltona evlilik təklif etdiyi zaman bağışladığı bu üzüyə 2 milyon dollar verib.
Qeyd edək ki, 300 milyon dollar sərvəti olan Perislə Kris ailə qurmağa hazırlaşır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.