Avstraliyanın baş nazir müavini və Milli Partiyanın lideri Barnabi Coys istefaya getməsi barədə bəyan edib.
Trend-in məlumatına görə, o, keçirdiyi mətbuat konfransında tutduğu hər iki məsul vəzifədən istefa etdiyini bildirib. B.Coys bununla belə, Nümayəndələr Palatasında fəaliyyətini davam etdirəcəyini deyib.
Qeyd edək ki, baş nazir müavininin istefa verməsinə səbəb isə həyat yoldaşı ilə boşanmasını rəsmiləşdirmədən kənarda məşuqə ilə görüşməsi olub.
Bildirilir ki, 4 qız atası B.Coysun məşuqəsu də hamilədir və gələcək uşağın atası odur.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.