banner
banner

Sosİal

Azərbaycanın cinayət statistikası

Azərbaycanın cinayət statistikası

Dövlət Statistika Komitəsi hüquqpozmalar hesabatı yayıb. Novator.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinə istinadla bildirilir ki, ötən il ölkədə 26113 cinayət faktı qeydə alınıb. Onların 56,8 faizi az ağır, 29,8 faizi böyük ictimai təhlükə törətməyən, 13,4 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

4778 hadisə şəxsiyyət əleyhinə, 13752 hadisə iqtisadi sahədə törədilən, 6318 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 1263 hadisə dövlət hakimiyyəti əleyhinə (195 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 2-si isə digər cinayətlərdir.

Qeydə alınmış şəxsiyyət əleyhinə olan cinayətlərdən 259-u qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 44-ü ehtiyatsızlıqdan adam öldürmədir.

2017-ci ildə xarici ölkələrin vətəndaşları 256 cinayət hadisəsi törədib.

Əvvəlki illə müqayisədə qanunsuz sahibkarlıq 4,1 dəfə, rüşvət cinayətləri 25 faiz, quldurluq 23,6 faiz, soyğunçuluq 16,6 faiz, xuliqanlıq 15,1 faiz, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər 14,5 faiz, dələduzluq 11,8 faiz, mənimsəmə və ya israf etmə 6,8 faiz, insan alveri ilə bağlı cinayətlər 6,1 faiz azalıb.

Qanunsuz ağac kəsmə cinayətləri 3 dəfə, vergi ödəməkdən yayınma 39,3 faiz, qaçaqmalçılıq 31,2 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ilə bağlı cinayətlər 5 faiz artıb.

Cinayət məsuliyyətinə cəlb olunanların 78,4 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 18,5 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.

Hesabata görə, cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,7 faiz, 14-17 yaşda uşaqların xüsusi çəkisi 2,9 faiz olub.

2017-ci ildə qeydə alınmış cinayət hadisələrinin 2899-u və ya 11,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır.

İl ərzində qeydə alınmış cinayətlərin 22 faizi qadınlara, 2,3 faizi yetkinlik yaşına çatmayanlara qarşı törədilib. Cinayət nəticəsində zərərçəkmişlərdə qadınların xüsusi çəkisi 27 faiz, yetkinlik yaşına çatmayanların xüsusi çəkisi isə 2,9 faiz göstərilir.

Qeydə alınmış 1225 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub, bu da əvvəlki ilin göstəricisindən 36,6 faiz çoxdur. Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 23 faiz artaraq 1268 nəfər olub. Onların 76 faizi qadınlar, 1,3 faizi yetkinlik yaşına çatmayanlardır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.