Müğənni Xəyyam Nisanov həmkarı Röya Ayxanla işbirliklərində yeniliklər edəcək.
Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişində qonaq olan X.Nisanov yeni çəkdirdikləri klipdən danışıb: “Sabah montaj işi bitəcək. İki-üç gündən sonra bizə təhvil veriləcək. Hələ klipi görməmişəm. Çəkilişdən bilirəm ki, maraqlıdır. Gecə Murad Ariflə İstanbula getdik, səhər saat 8-də hazırlaşdıq, paltarları seçdik. Günorta saat 3-4 arası çəkilişlər başladı. Röya ilə səhərə kimi davam etdi. Bilirəm ki, müxtəlif rəylər olacaq, fikirlər səsləndiriləcək: deyəcəklər, bu nə maşındır, köhnədir, 50 ilindir. Hər şeyə hazıram. Bizim üçün əsas pul deyildi. On minə başa gəlsin, amma dəqiqlik olsun. Burada bir həftə deyir, on gündən sonra təhvil verirlər. Orada isə konkretdirlər, dedikləri vaxtda da klipi təqdim edirlər. Bu ekran işindən sonra Röya ilə Türkiyədə daha bir layihəmiz olacaq. Duet oxuyacağıq”.
Qeyd edək ki, Röya və Xəyyam “Sənə ehtiyacım var” adlı mahnını duet şəklində oxuyub, klip çəkdiriblər. Sözləri və musiqisi Murad Arifə aid olan bəstənin ekran həlli türkiyəli rejissor Müjdat Kupsiyə həvalə olunub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.