Hamiləliyindən ilk dəfə danışdı: "Enerji ilə doluyam"
Eva Lonqoriya ilk dəfə “People” jurnalına hamiləliyi haqda danışıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 42 yaşlı Eva ilk hamiləliyin onun həyatında çox önəmli olduğunu bildirib:
“İndi mənim həyatımın qızıl çağıdır. Enerji ilə doluyam. Hamiləliyin çətin olan 3 ayını geridə qoyduq. Hazırda 6 ayındayam. Bu, ilk övlad olduğu üçün təcrübəm yoxdur. Baxmayaraq ki, yaxınlarımın hamısının uşaqları var. Ona görə bu barədə çoxlu ədəbiyyatlar oxuyuram”.
Əvvəllər daha çox klassik üslubda geyinməyə üstünlük verən Eva hamiləlikdən sonra tərzini dəyişdirdiyini vurğulayıb.
“Özümə boş şalvarlar, koftalar almışam. Belə daha rahatam. Uşağımı qucağıma almağa çox səbirsizlənirəm”.
Qeyd edək ki, E.Lonqariya 49 yaşlı meksikalı biznesmen Xose Antonio Bastonla ailəlidir. Bu cütlüyün ilk övladı olacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.