banner
banner

Sosİal

Qadın tam xoşbəxt olanda problem yaranır

Qadın tam xoşbəxt olanda problem yaranır

Qadınlarla bağlı növbəti maraqlı araşdırma aparılıb. Yeni Cənubi Uels Universitetinin psixoloqlarının apardıqları təcrübə zamanı məlum olub ki, zərif cinsin nümayəndələri üçün tam xoşbəxtlik mənfi təsirlərə də yol açır.

Belə ki, xoş əhvali-ruhiyyədə olan qadınlar daha çox öz hisslərinə fikir verirlər. Nəticədə təhlükəsizlik hissi zəifləyir. Başqa sözlə, əhvalı yaxşı olan, özünü çox xoşbəxt sayan xanımlarda həmin an ətraf aləmə, sosial normalara diqqət son dərəcə azalır. Əksinə, qüssə, əsəbilik zərif cinsin nümayəndələrini ətraf mühitin tələblərinə daha ciddi yanaşmağa, daha ayıq-sayıq olmağa vadar edir.

Alimlər 45 tələbəyə ilk olaraq yalançı testlər veriblər. Daha sonra isə onların bir qisminə qorxulu film izlədiblər. Digər qisim isə komediyaya baxıb. Bu an həmin xanımların hisslərini müşahidə edən alimlər üzə çıxarıblar ki, komediyaya baxaraq əhvali-ruhiyyəsi yüksələn xanımlar oturacaqlarda daha sərbəst oturur və ətraflarına az diqqət yetirirlər. Qorxulu filmlərə baxanlar isə əksinə, özlərini yığışdırıb ətrafdakılara daha çox diqqət yetirirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.