Muradda xəstəlik aşkarlandı - həkimlər diaqnoz qoydu
Müğənni Murad Dalkılıça həkimlər "Vertiqo" xəstəliyi (baş gicəllənmə, ürək bulanma, huş itirmə) diaqnozu qoyublar. İfaçı sevgilisi, aktrisa Hande Erçellə getdiyi Amsterdam tətilində bir neçə dəfə özünü pis hiss edib. Vətəninə qayıtdıqdan sonra Murad özəl xəstəxanalardan birində müayinədən keçib və həkimlər ona "Vertiqo" xəstəsi olduğunu deyiblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.