Azərbaycan Ordusunun nümayəndələri bir neçə beynəlxalq tədbirlərdə iştirak edirlər.
Vitualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Azərbaycan Ordusunun nümayəndələri Belqrad şəhərində (Serbiya Respublikası) “REGEX-18” komanda qərargah təliminin, Ərzurum şəhərində (Türkiyə Respublikası) Azərbaycan-Türkiyə-Gürcüstan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminin, Kastelqeyt şəhərində (AFR) “Trident Jaguar 2018” və Ramştayn şəhərində (AFR) “Ramstein Ambition 2018” təlimlərinin planlaşdırma konfransları, eləcə də İzmir şəhərində (Türkiyə Respublikası) hava əməliyyatları terminologiyası üzrə təkmilləşdirmə kursunda iştirak edirlər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.