Aktrisa Sandra Ballok uzun müddətdir eşq yaşadığı sevgilisi Brayan Randalla gizlicə ailə qurub.
52 yaşlı aktrisa özündən bir yaş balaca sevgilisi ilə Los-Ancelesdə qəhvə içərkən görüntülənib. Paparazzilərə tuş gələn cütlüyün barmağında nişan üzüyü olub. Qeyd edək ki, Sandra 2005-ci ildə Cessi Ceymslə ailəli olub. Bu nikah 5 il davam edib və onlar 2010-cu ildə boşanıblar. Aktrisa Brayanla 2015-ci ildən bərabərdir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.