Aktrisa Demi Mur ötən gün 8 mart – Beynəlxalq qadınlar Gününə həsr olunmuş tədbirdə iştirak edib.
55 yaşlı aktrisa gecəyə qızları 26 yaşlı skaut və 24 yaşlı Tallulla qatılıb. Demi “Christian Dior”dan geyindiyi leopart naxışlı libası ilə göz oxşayıb. Onun qızları da sadə, lakin zövqlü görünüblər. Qeyd edək ki, Murun 29 yaşlı Rumer adlı daha bir qızı var. Onun övladları 1987-2000-ci illərdə ailəli olduğu aktyor Brus Villesdəndir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.