"Sumqayıt"ın oyunlarını nə qədər azarkeş izləyib? – klubdan açıqlama
Topaz Premyer Liqasında 2017/2018 mövsümünün arxada qalan 19 turu ərzində "Sumqayıt" komandasının 8 ev oyununu ümumilikdə 10 min 578 tamaşaçı tribunadan izləyib. Bu haqda klubun saytı məlumat yayıb. Gənclik şəhəri təmsilçisi bu görüşlərdə 5 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb. Ümumilikdə isə Samir Abasovun baş məşqçi olduğu kollektiv 9 qələbə, 4 heç-heçə və 6 məğlubiyyətə imza ataraq 31 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.
"Sumqayıt" klubu bütün azarkeşlərə komandanı tək buraxmadıqları üçün təşəkkür edir və martın 14-də "Kəpəz"lə keçirəcəkləri XX tur matçına onları dəvət edir. Görüş saat 20:00-da başlanacaq.
"Kapital Bank Arena"da keçirilmiş 8 oyun üçün azarkeş sayı aşağıdakı kimidir:
1. "Sumqayıt” FK – "Kəpəz” - 2:1 (1326 azarkeş) 2. "Sumqayıt” FK – "Neftçi” - 1:0 (1500 azarkeş) 3. "Sumqayıt” FK – "Qəbələ” 0:1 (1300 azarkeş) 4. "Sumqayıt” FK – "Zirə” - 2:1 (1300 azarkeş) 5. "Sumqayıt” FK – "Keşlə” - 3:1 (1200 azarkeş) 6. "Sumqayıt” FK – "Səbail” - 0:0 (1326 azarkeş) 7. "Sumqayıt" FK – "Neftçi" - 2:0 (1300 azarkeş) 8. "Sumqayıt" FK – "Qarabağ" - 1:0 (1326 azarkeş)
Qeyd edək ki, "Sumqayıt"ın əksər oyunlarında tribuna tam dolduğundan, azarkeşlər oyunları hasar arxasından ayaq üstə izləyirlər.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb