banner
banner

Hərbİ

Azərbaycanla Gürcüstanı nə yaxınlaşdırır? - Ermənistan mətbuatından təşviş siqnalı

Azərbaycanla Gürcüstanı nə yaxınlaşdırır?

Xəbər verildiyi kimi, Gürcüstanın müdafiə naziri Levon İzoriyanın Bakıya səfəri zamanı Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında anlaşma əldə olunub.

Bundan başqa, gürcü nazir Türkiyə ilə birlikdə üçlü formatda ola biləcək əməkdaşlığı olduqca yüksək qiymətləndirib. Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə gürcü həmkarına ölkəsinin müxtəlif beynəlxalq platformalarda Bakının mövqeyini, habelə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün təşəkkür edib.

Bununla bağlı erməni mediası yenə təşviş dolu analitrk yazılar dərc edir.

Ermənistanın 1-ci informasiya saytının analitiki Sarkis Artsrunin məqaləsi bu cəhətdən diqqətə layiqdir.

Müəllif Azərbaycan və Gürcüstanın üzləşdikləri münaqişələrin nizamlanması məsələsində müttəfiq olmalarına obyektiv yanaşdığını, lakin eyni zamanda Gürcüstanın Ermənistanla əlaqələrinə görə, Dağlıq Qarabağla bağlı proseslərdə nisbətən neytrallıq nümayiş etdirdiyini yazır.
“Buna rəğmən digər tərəfdən, Azərbaycan ardıcıl olaraq Ermənistanın siyasi izolyasiyası siyasətini uğurla həyata keçirir. Rəsmi Bakı 3-cü ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərdən məhz bu məqsədlə istifadə edir”, - Artsruni qeyd edir.

Erməni politoloq gürcü naziri qəbul edən xarici işlər naziri Elmar Məmmədyarovun növbəti həftə Türkiyə, Gürcüstan və İranın xarici işlər nazirlərinin iştirakı ilə Bakıda görüş keçiriləcəyi barədə sözlərini təsadüf hesab etmir: 
“Artıq yeni, dördtərəfli format Bakını Ermənistanın izolyasiya vəziyyətinə salmasının bir faktıdır. Əlbəttə, E.Məmmədyarovun və Z. Həsənovun bəyanatlarını dramatikləşdirmək lazım deyil. Lakin Ermənistanın, demək olar ki, bütün regional inteqrasiya proseslərindən kənarda qalması həqiqətən olduqca təşvişdoğurucudur. Ermənistanın xarici siyasəti deyəsən vahid məntiqdən məhrum qalıb. Gürcüstan və İranla münasibətlərdə bütün strateji hədəflər və regional komponentlər bir kənara atılaraq yalnız ikitərəfli formatla məhdudlaşır”.

Artsruninin fikrincə, İrəvan Gürcüstanla olan əlaqələrinə daha qlobal, yəni Avropa inteqrasiyası çərçivəsində gözdən keçirsəydi, ikitərəfli münasibətlər başqa bir rəng alardı.

“Lakin Ermənistanın xarici siyasəti cari problemlərlə məhdudlaşır, Bakı da bundan çox gözəl istifadə edir. Eyni sözləri İranla olan müansibətlərə də şamil etmək olar. Bu əlaqələr, habelə Tehrandan gələn siqnallar düzgün dəyərləndirilsəydi, regional əhəmiyyət kəsb etmiş olacaqdı. Lakin rəsmi İravanın qeyri-adekvat siyasəti İranın Ermənistana olan marağını daha da azaldıb. Əksinə, İranın Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli əməkdaşlığı sayəsində Avropa bazarlarına çıxmaq şansı əldə edib.

Üstəlik, İran Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığına da inteqrasiya olunmaqda çox maraqlıdır”.

Artsruni Ermənistanın regional layihələrə önəm verməklə bərabər Rusiyadan asılılığı zəiflətməli olduğunu yazır.

“Lakin bu vəzifələr xarici və daxili siyasətdəki məhdudiyyətləri də göz önünə alaraq kompleks və qlobal həlli tələb edir. Ermənistanın geridə qalmış dövlət və siyasət sistemi ilə ambisiyalı xarici siyasət həyata keçirməyə halı yoxdur.

Bundan əlavə, Rusiyanın “çulan”ı (evlərdə ərzaq və artıq əşyaların saxlandığı kiçik anbara deyilir-red.) statusu heç vaxt bir dövlətin modernləşməsinə imkan verə bilməz”, - Artsruni yazısını bu cümlə ilə yekunlaşdırıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.