banner
banner

Gündəm

Fazil Mustafadan Mirşahinə dəstək: "Əgər bir düdəmə Mirşahini təhqir edibsə..."

Fazil Mustafadan Mirşahinə dəstək:

"Anadan, bacıdan bixəbər hansısa düdəmənin biri durub adamın peşəkar fəaliyyətini tənqid etmək əvəzinə, anadan, bacıdan başlayıb, şəxsiyyətini təhqir edirsə, Mirşahinin bu formada cavab vermə haqqını da tanımaq istəmirsiniz?"

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa tanınmış jurnalist Mirşahin Ağayevin mediada müzakirələrə səbəb olan açıqlamasına münasibət bildirərkən söyləyib. Deputat Mirşahinin onu təhqir edənlərə cavab verməsinin normal olduğunu deyib:

“Mirşahin kimi sözün gerçək mənasında peşəkar və istedadlı bir media kapitanının televiziya kanalı açması çox müsbət haldır. Azərbaycan istedadlı və peşəkar insanların qıtlığını yaşayan ölkədir, olub-qalan az sayda istedadlıları da qaragüruhçu zehniyyətlə linç etməyə imkan tanımaq olmaz. Məlum ifadəsinə gəldikdə isə bunu adamın şəxsiyyətini təhqir edənlərə qarşı işlətdiyi mənada anlamaqda nə çətinlik var? Burada tərbiyəli və mədəni insanlara qarşı hansısa pis ifadə işlədilməyib ki! Ünvan bəlli, daha nədən rahatsızlıq yaranır? Kimisə sevməyə borclu deyilsiniz, fikrini, çıxışını bəyənmirsiniz, tənqid edin, bu, tamamilə sivil bir davranışdır. İndi adamın ailəsini, şəxsiyyətini təhqir edəndə, deyirsiniz, cavab da verilməsin?”

Qeyd edək ki, telejurnalist M.Ağayev yaxın günlərdə yayıma başlayacaq Real TV ilə bağlı gedən müzakirələr zamanı ona qarşı yönəlmiş ittihamlara olduqca sərt reaksiya verib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.