banner
banner

Sağlamlıq

Alimlər XƏRÇƏNGİN ƏSL SƏBƏBİNİ aşkar ediblər

Alimlər XƏRÇƏNGİN ƏSL SƏBƏBİNİ aşkar ediblər

Belə hesab olunur ki, xərçəngin əsas səbəbi hüceyrələrdə müxtəlif təsirlər nəticəsində (ətraf mühit, yaşam tərzi, genetik meyl və s.) inkişaf edən mutasiyalardır.

Lakin Şotlandiya alimlərinin yeni araşdırması göstərib ki, bu əsl səbəb deyil. Dandi Universisteti alimlərinin fikrinə görə, xərçəngin əsas səbəbi immun sisteminin qocalmasıdır.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verr ki, Fransa və Böyük Britaniya alimləri birgə araşdırma aparıb. Onlar 2 milyon xərçəng xəstəsi haqqında məlumatları təhlil edib və belə nəticəyə gəliblər ki, immun sisteminin yaşla bağlı zəifləməsi xərçəngin əsas səbəbi kimi qiymətləndirilə bilər.

İmmun sisteminin qocalması çəngəlvari vəzin (timus) qocalması ilə bağlıdır. Məhz burada T-huceyrələr əmələ gəlir ki, bu hüceyrələr qanda dövr edərək yad agentləri (mikrob, virus və s.) və orqanizmin mutasiyaya uğramış hüceyrələrini (xərçəng hüceyrələri) məhv edir. Xərçəng hüceyrələri insan orqanizmində daim yaranır və məhz immun sistemi onların çoxalmasının və nəticədə xərçəng şişinin  əmələ gəlməsinin qarşısını alır.  

 

İnsanın yaşı artdıqca çəngəlvari vəzin ölçüləri kiçilır və bu da T-hüceyrələrin istehsalının azalmasına səbəb olur. T-hüceyrələr azaldıqca xərçəng hüceyrələrini vaxtında məhv edə bilmir ki, bu da xərçəng hüceyrələrin artmasına, şişə çevrilməsinə gətirib çıxardır.    

Maraqlıdır ki, qadınlarda çəngəlvari vəz kişilərlə müqayisədə daha gec kiçilir. Bu isə o deməkdir  ki, yaşlı qadınlarda xərçəng xəstəliyinin riski daha azdır.

Alimlərin fikrinə görə, araşdırmanın nəticələri xərçənglə mübarizə etməyə kömək edəcək. Onların fikrinə görə, gələcəkdə timusun funksiyasını artırmaqla (transplantasiya və ya regenerasiya üsulu ilə) T-hüceyrələrin istehsalını artırmaq və bununla da xərçəng xəstəliklərinin hallarını azaltmaq mümkün olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.