banner
banner

Şou

Röyadan geyiminə “ilişənlərə” cavab: “Hər şeyi açıb danışaram”

Röyadan geyiminə “ilişənlərə” cavab:

Müğənni Röya Ayxan açıq-saçıq libasına görə ona irad bildirənlərə cavab verib. 

Axşam.az xəbər verir ki, sənətçi "Onlar" verilişində heç vaxt geyim tərzini dəyişməyəcəyini deyib: 

"Hamının fikrinə hörmətim var. Buna görə də susdum. Mən Röyayam, bunu unutmasınlar. Bu gün qısa, sabah sinəsi və ya kürəyi olmayan paltar geyinə bilərəm. İncəsənət adamıyam, kiminsə mənə söz deməyə haqqı yoxdur. Mən deyirəm kimə nə alıb, satırsınız? Susuram. Amma bu o demək deyil ki, görmürəm. Məndə hər şey gözə girir. Çünki özüm göstərirəm. Başqaları bunu gizli edir deyə bilinmir. Rihannanı Bakıya gətirmiş ölkəyik. İndi mənə deyirlər, ətək geyinməyi unudub. "Christian Dior" bunu paltar olaraq satışa çıxarıb, kostyum deyil. Hamı öyrəşib yalandan namus, qeyrətdən danışsın. Şou-biznesdə bir mənəm səhv olan, qalan hamısı tərtəmizdir. Gedib yeniyetmə qızlarla məşğul olsunlar. Məni alan aldı, hay-hayım gedib artıq. Oxuyum, siz sadəcə qulaq asın. Necə istəyirəm, elə də yaşayacam". 

Müğənni həmçinin onun ünvanına xoşagəlməz söz deyənlərə xəbərdarlıq edib:
 
"Haqqımda danışmasınlar. Yoxsa, hamının şəxsi həyatını qoyacam ortaya. Bəyəm, hansı kişinin sevgilisi olmur? Hər şeyi açıb danışaram. Mənə barmaq uzatmayın".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.