banner
banner

Sağlamlıq

Ağrıların qeyri-adi səbəbi

Ağrıların qeyri-adi səbəbi

Bəzən insanlar bədənin müxtəlif hissələrində (qarın, əzələlər, ürək, qaraciyər nahiyəsi, bel və s.) əmələ gələn ağrılardan şikayətlənir.

Ağrılar sanki bədəndə "gəzir"- gah azalır, gah güclənir, gah da yox olur. Xəstə ağrıların konkret yerini göstərə bilmir, ağrıkəsici dərmanlar ona kömək etmir.

Belə xəstələr aylarla müxtəlif mütəxəssislərin müayinələrdən keçir. Lakin ağrıların səbəbi və hətta konkret lokasizasiyası (yeri) təyin olunmur.

Bəzən belə xəstələr müxtəlif müalicələr də alır. Ancaq bu onların vəziyyətinə müsbət təsir etmir, ağrılar yenidən əmələ gəlir.

Meddaily.ru xəbər verir ki, rus həkim-nevroloq İzeta Eloyevanın sözlərinə görə, belə "gəzən", konkret olmayan və heç bir digər simptomlarla müşayiət olunmayan ağrıların səbəbi somatik xəstəlik deyil, nevroloji xəstəlikdir. Belə müəmmalı ağrılar depressiyanın, isteriyanın və bir çox digər nevroloji pozulmaların simptomudur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.