banner
banner

Sağlamlıq

Öskürəyi, mədə ağrılarını aparır... – QOVURĞANIN BİLMƏDİYİNİZ FAYDALARI

Öskürəyi, mədə ağrılarını aparır...

Qovurğa nənələrimizin uzun illər əvvəl hazırladığı ləzzətli bir çərəzdir. Təəssüflər olsun ki, illər keçdikcə qovurğa hazırlamaq unudulur. Baxmayaraq ki, xüsusilə də bayramlara özəl hazırlanan qovurğanın ləzzəti ilə yanaşı insan orqanizminə də inanılmaz faydaları var. Ailem.az qovurğanın faydaları və hazırlanma qaydası ilə bağlı məlumat verir.

- Çəki problemi olanlar üçün ideal bir qidadır.

- Həzmsizlik problemi yaşayanlar üçün təbii dərman təsiri göstərir.

- Mədə ağrıları və mədə xəstəlikləri üçün olduqca yararlıdı

- Saçların köklərini qüvvətləndirərək, daha sağlam çıxmalarına yardımçı olur.

- Bədən yorğunluğunu azaldır və zehnin inkişafına kömək edir.

- Öskürəyin kəsilməsinə yardımçı olur.

- Nəfəs darlığı, nəfəs yolları xəstəlikləri üçün olduqca müvəffəqiyyətlidir. Beləliklə, rahat nəfəs almağı təmin edir.

- Antiseptik özəlliyi sayəsində çox yaxşı bir mikrob öldürücüdür.

- Böyrəklərdə daş və qum olanlar bundan faydalana bilir.

- Sinə ağrılarını yüngülləşdirərək, sinəni yumşaldır.

- Hüceyrələrin təzələnməsini təmin edərək yaşlanmanı gecikdirir və xərçəngə qarşı qoruyur.

- Bədəndəki iltihabların təmizlənməsi üçün savaşır.

- Qan axımını sürətləndirərək bədəndə qan dövranını sürətləndirir.

- Antiseptik özəlliyi sayəsində yaraların asan müalicə edilməsinə və bağlanmasına yardımçı olur.

- Ayaq tərləməsini və ayaq qoxusunu önləyir.

Qovurğa üçün lazım olan ərzaqlar:

1 kasa iri buğda
Kiçik kasa badam
Kiçik kasa fındıq içi
Kiçik kasa kətan toxumu

Hazırlanması:

Bir tavanı isidin. Təmizlənmiş buğdanı orta temperaturda 7 dəqiqə boyunca qovurun. Daha sonra digər çərəzləri buğdaya qarışdıraraq qovurun. Buğdalar qızılı rəng aldıqdan sonra soyuması üçün geniş bir siniyə töküb soyudun.

 

Nuş olsun!

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.