banner
banner

Sağlamlıq

Asqıranda burun və ağzınızı tutmayın - AĞIR FƏSADLARI

Asqıranda burun və ağzınızı tutmayın

Adətən biz asqıranda ağız və burnumuzu tuturuq. Lakin mütəxəssislərin fikrinə görə, bu, çox ziyanlı və təhlükəli adətdir.

Ailem.az saglamolun.az-a istinadən xəbər verir ki, Lester Universiteti hospitalında çalışan həkimlər BMJ Case Reports jurnalında dərc olunmuş məqalədə bu haqda xəbərdarlıq edir.

Asqırma şərtsiz refleksdir. Asqırma zamanı hava axını burundan sürətlə çıxır ki, bu zaman burnumuz toz, allergenlər və selikdən azad olur.

Asqırma zamanı burundan çıxan havanın sürəti 120 m/san, daxili divarlara olan təzyiq isə 100 mm c.st. təşkil edir. Əgər asqırma zamanı siz burnunuzu tutursunuzsa, güclü hava axını burun-udlaq və qulaqda olan evstaxiy borusuna yönələcək ki, bu da təzyiqin xeyli artmasına səbəb olacaq. Nəticədə damarlar, daxili qulaq və qulaq pərdəsi zədələnə bilər. Bundan əlavə insanda baş ağrısı əmələ gələ bilər.  

 

Daha ağır fəsadlar arasında:

 

- qida borusu divarının yırtılması (Bu yaxınlarda belə hadisə Böyük Britaniya qeydə alınıb.)

 

- qulaq pərdəsinin deşilməsi

 

- beyin anevrizmasının yırtıqlması (ölümlə nəticələnə bilər) var.

 

Beləliklə, alimlər asqırma zamanı burun və ağızı sıxmağı tövsiyə etmir. Ədəb qaydalarına riayət etmək üçün dəsmaldan istifadə edin.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.