Oktyabr ayı sülhməramlı qüvvələr üçün ən qanlı aylardan biri olub. Bu ayda, əsasən, Sudan, Mali və Mərkəzi Afrika Respublikasında Birləşmiş Millətlər Təşkilatının 14 sülhməramlı nümayəndəsi ölüb. Təşkilatın baş katibi Ban Ki Mun bu barədə açıqlama verib.
Sonuncu ölüm halı Sudanın Darfur şəhərində qeydə alınıb. Burada BMT və Afrika İttifaqının sülh missiyasını yerinə yetirən iki nəfər naməlum silahlıların hücumuna məruz qalaraq öldürülüb.
Ban Ki Mun sülhməramlılara qarşı törədilən hücumların dəhşətli olduğunu deyib.
Təşkilat rəsmisi, eyni zamanda, Suriyada yaşanan zorakılıqları tənqid edib.
“Suriyadakı vəziyyətlə əlaqədar həyəcan içindəyəm. Kobanidə baş verən qətliamların qarşısını almaq və mülki insanları qorumaq üçün beynəlxalq ictimaiyyətə səslənirəm. Bütün Suriya ərazində mülki insanlar İŞİD barbarlığı ilə üz-üzədir” - deyə Ban Ki Mun qeyd edib.
Ban Ki Mun, İŞİD-lə yanaşı, Suriya hökumətini də mülkilərə barel bombaları ilə hücum etməkdə ittiham edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.