Aktrisa Tuba Büyüküstün iş adamı sevgilisi Umut Evirgenlə birlikdə görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sevgililər ötən gücə təşkil olunan dəvətə əl-ələ gediblər.
Tuba tədbirdə həm geyimi, həm də saç düzümü ilə diqqət çəkib.
Qeyd edək ki, bir müddət əvvəl cütlüyün qısqanclıq üzündən ayrıldığı bildirilib. Umut sahib olduğu gecə klubunda Defne Samyelinin səhnə alcağını öyrənən Tuba sevgilisindən onu məkandan çıxarmağı istəyib. Lakin Umut Büyüküstünün bu istəyini qəbul etməyərək Defne ilə işləməyə davam edib. Bu isə aktrisanın qısqanclığına və iş adamı ilə dalaşmasına gətirib çıxarıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.