Türkiyə Prezidenti Azərbaycanın müdafiə naziri ilə görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşəcək.
Bu barədə Trend Türkiyə Prezidentinin rəsmi saytına istinadən məlumat verir.
Məlumata əsasən, R.T.Ərdoğan və Z.Həsənovun görüşü bu gün Ankarada Prezident iqamətgahında baş tutacaq.
Ötən gün Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hulusi Akarla görüşüb. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub.
Qeyd edək ki, Z.Həsənov Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfər edib. General-polkovnik martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.