Lipetsk (Rusiya) sakininin beynəlxalq terrorist təşkilatının maliyyələşdirilməsi ilə bağlı işin təfərrüatları məlum olub. Xatırladaq ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Lipetsk bölgəsi üzrə idarəsinin istintaqçıları “Terrorizm fəaliyyətinə dəstək” maddəsi üzrə cinayət işi açıb.
Oxu.Az LifeNews-a istinadən xəbər verir ki, şübhəli şəxs yerli bazarların birində alma satan azərbaycanlıdır.
İlkin məlumatlara əsasən, azərbaycanlı sahibkar əldə etdiyi vəsaiti Türkiyəyə ekstremist terror təşkilatının (“İslam dövləti” terror təşkilatı ehtimal olunur) üzvü olan ehtimal olunan qardaşına göndərirdi.
Azərbaycanlı alverçini 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası və 500 min rubl (8 600 man) cərimə gözləyir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.