2012-ci ildə "Best model of Turkey" seçilən və bir çox seriallarda oynayan Sezgi Sena Akay ötən gün Bebekdə klublardan birinə gedərkən görüntülənib. Aktrisanın sərxoş olması gözdən yayınmayıb. Ayaqda güclə dayanan Sezgi hündürdaban ayaqqabıları üzündən də çətinlıik yaşayıb. Pilləkənlərdən düşərkən yıxılan Senanın köməyinə dostları gəlib. Kameraları görən Akay üzünü gizlətməyə çalışsa da, buna nail ola bilməyib.
Qeyd edək ki, 22 yaşlı aktrisa "Möhtəşəm yüz il: Kösəm", "Hangimiz sevmedik", "Acı aşk" və ötən ay final edən "Hıçkırık" adlı ekran işində rol alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.