Kosta-Rikada prezident seçkilərinin ilkin nəticələri məlum oldu
Kosta-Rikada ikinci turu aprelin 1-də keçirilən prezident seçkisinin ilkin nəticələri məlum olub.
Trend-in verdiyi xəbərə görə ilk yeri səslərin 60,6%-ni toplayan “Vətəndaş hərəkatı” partiyasından namizəd Karlos Alvarado tutur. Onun ən yaxın rəqibi, deputat Fabrisio Alvarado 39,3 % səs toplaya bilib.
Kosta-Rika prezidenti 4 il müdətinə seçilir.Yeni dövlət başçısı öz səlahiyyətlərinin icrasına may ayında başlayacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.