banner
banner

Dünya

Avtobus qəzaya düşdü: 20 ölü

Avtobus qəzaya düşdü: 20 ölü

Çində dəhşətli avtobus qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, çərşənbə axşamı günü səhər saatlarında Çinin Xenan əyalətində ölümlə nəticələnən avtobus qəzası yaşanıb. 

Hadisə əyalətin Linçjou şəhərində dağlıq ərazidə qeydə alınıb. Opera truppasını daşıyan avtobusun sıldırım yoldan düşməsi nəticəsində 20 nəfərin həlak olduğu, 13-nün isə müxtəilf dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Bu barədə yerli “Sinxua” agentliyi xəbər yayıb. 

Xəbərdə qeyd edilir ki, opera artistləri əməkdaşların daşınması üçün avtobusu icarəyə götürübmüş. 

Polis qəzanın səbəblərini müəyyən etməyə çalışır, qəza yerində araşdırmalar aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.