Yıldırım Avropanı gözləyən bəladan danışdı: Türkiyə qaçqınların qarşısını almasa...
Əgər Türkiyə Avropa İttifaqına (Aİ) qaçqınların axınının qarşısını saxlamasa, Avropanı böyük problemlər gözləyir.
Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
B.Yıldırım qeyd edib ki, əgər Türkiyə qaçqınların qarşısını kəsməsə, qaçqın adı altında terrorçular da Avropaya gələcək.
Baş nazir əlavə edib ki, özünə qarşı ikili standartlara rəğmən Türkiyənin qaçqınları yerləşdirdiyinə görə Aİ ona minnətdar olmalıdır.
Qeyd edək ki, daha öncə türkyəli baş nazir bəyan etmişdi ki, Türkiyənin Aİ-yə ehtiyacı yoxdur, lakin Avropa qısa müddət ərzində Ankaranın bu qurumda üzvlük məsələsi ilə bağlı qərarını verməlidir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.