banner
banner

Şou

Ronaldo bu səbəbdən döymə etdirmir - fotolar

Ronaldo bu səbəbdən döymə etdirmir

Futbolçu Kriştiano Ronaldo haqda maraqlı fakt ortaya çıxıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bir çox futbolçunun bədənində döymələrin olduğu halda, Ronaldoda bunu görmək mümkün deyil.

Məlumata görə, Kriştianonun döymə etdirməməsinin səbəbi qan verə bilməyəcəyi ilə bağlıdır.

Belə ki, tez-tez qan vermə aksiyalarında iştirak edən idmançı, hətta həmkarı Karlos Martinsin oğlu üçün ilik də verib.

Bu barədə özü məlumat verən Ronaldo “Martinsin oğlunun vəziyyətini bilirdik. Bütün dostlar ona kömək etməyə hazır idi. Amma bir çoxu ilik vermənin çətin olduğunu düşünürdü. Bu da qanvermə kimi bir şeydir”, - demişdi.

Qeyd edək ki, döymə etdirən insan infeksiya səbəbinə görə, ən azı 6 ay qan verə bilməz. Ümumiyyətlə, “Qızıl Xaç” komitəsi də son illər döymə edənlərin sayının artdığına görə, qan verənlərin sayının azaldığını bildirib. 

Xatırladaq ki, futbolçular arasında döymələri ilə ən çox yadda qalanlar Zlatan İbrahimovic, Radja Nainggolan və Dani Alvesdir.

 

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.