banner
banner

Sosİal

Fiqurə, Güləş, Xuduş - bu adları uşaqlarınıza qoya bilərsiniz

Fiqurə, Güləş, Xuduş -

Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən daha bir qisim maraqlı adlar açıqlanıb. 
CİA.az-ın "Report"a istinadən məlumatına görə, adlar siyahısında Fəhmil, Fərhan, Fəridəddin, Fəsaləddin kimi kişi, Fabiyə, Faimə, Fairə, Faxirə, Failə, Faqimə, Faribə, Fatikə, Fatmabadam, Faya, Fəqamət, Fəqannisə, Fəqumə, Fələk, Fənar, Fəsanə, Fəvranə, Fiqurə, Filyar kimi qadın adları yer alıb.
Valideynlər Girami, Göylər, Göyruh, Göysaf, Güliddin kimi kişi, Gaviyə, Gəlingül, Gənçay, Gərəkməz, Gilənaz, Giləbacı, Giləxanım, Giləzər, Görgün, Göygöz, Gözəlçə, Gülab, Gülaçar, Gülağız, Gülavuş, Gülerkən, Güləş, Gürzəbəyim kimi qadın adları da qoya bilərlər.

Adlar siyahısında Hadis, Hafiq, Hakif, Halik, Havasət, Heybətulla, Həmrah kimi kişi, Həmra, Hərgül, Hərifə, Həzarə, Hurə, Hürzad, Hüveyda, Hübubət, Hüzürə kimi qadın adları da qeyd olunub.

Körpələrə Xanbudaq, Xangiz, Xanqalı, Xanzər, Xası, Xeyirbəy, Xəyyad, Xislət, Xilqət, Xudadad, Xudan, Xudanəzər, Xuday, Xuduş kimi kişi, Xalani, Xallınur, Xamirə, Xanana (Böyük ana), Xanı, Xatimə, Xabirə, Xəyalət, Xırdapay, Xonça, Xubu, Xurazar kimi qadın adları da qoyula bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.