banner
banner

Sosİal

Nazirlik: Bu ilin ilk rübündə 43,7 mindən çox müraciət cavablandırılıb

Nazirlik:

Bu ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190- “Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 12081 müraciət daxil olub.

ƏƏMN-dən Trend-ə verilən məlumata görə, əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta münasibətləri sahələrində fəaliyyət göstərən avtomatlaşdırılmış sistemlər həmin sahələr üzrə əhaliyə dövlət xidmətlərinin məmur-vətəndaş kontaktları olmadan, şəffaf şəkildə həyata keçirilməsini təmin edir. Bu da müsbət nəticələrdən biri kimi, nazirliyə ünvanlanan, eyni zamanda,“Çağrı mərkəzləri” vasitəsilə daxil olan vətəndaş müraciətlərində aidiyyəti sahələrlə bağlı şikayət xarakterli müraciətlərin sayının minimuma enməsi, daxil olan müraciətlərin böyük əksəriyyətinin sorğu xarakteri daşıması ilə müşahidə olunur.

Ötən ay vətəndaşların 142 və 190-“Çağrı mərkəzləri” vasitəsilə etdikləri müraciətlərin də 96,2 faizi sorğu xarakterli olub. Bu müraciətlərlə bağlı nazirliyin mütəxəssisləri vətəndaşların öyrənmək istədikləri məsələlərə dair onlara hüquqi izahatlar veriblər.

Eyni zamanda, nazirliyin 30-a qədər elektron xidməti əhalinin istifadəsindədir. Həmin e-xidmətlərə ictimai marağın getdikcə artmasının göstəricisi kimi, son bir ayda “Çağrı mərkəzləri”nə daxil olan sorğu xarakterli müraciətlərin bir hissəsi də elektron xidmətlərdən istifadə prosedurlarına aid olub. Belə sorğulara cavab olaraq da vətəndaşların məlumatlandırılması təmin edilib.

 

Vətəndaşların məlumatlandırılması məqsədilə mart ayı ərzində onlara 42059 SMS göndərilib.

Sorğu məzmunu daşımayan digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.

Ümumilikdə, bu ilin ilk rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən 43740 müraciət cavablandırılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.