Müdafiə Nazirliyindən BƏYANAT: "Ermənistanın təxribatına tərəfimizdən sərt cavablar veriləcək"
Azərbaycanın Müdafiə Nazirliyi bəyanat yayıb.
MN-dən Musavat.com-a daxil olan bəyanatda deyilir: "Son günlər Ermənistan mətbuatı ölkənin rəsmi qurumlarına istinadən növbəti dəfə təxribat xarakterli məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir yaradaraq qoşunların qarşıdurma xəttində gərginliyi artırmağa cəhd göstərir.
Belə ki, aprelin 8-i və 9-da Ermənistan kütləvi informasiya vasitələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası, Qazax və Tovuz istiqamətlərində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan ərazisinin guya atəşə tutulması barədə məlumatlar yayıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan ilə dövlət sərhədi boyu atəşkəs rejiminə tam riayət edir. Erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil, gələcək təxribatlar üçün zəmin yaradır və bu kimi xəbərlərin davamlı olaraq yayılacağı istisna edilmir.
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınacaq, tərəfimizdən dərhal, sərt və sarsıdıcı cavablar veriləcək".
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.