Mədəniyyət və Turizm Nazirliyi yeni statistika açıqlayıb. Novator.az-ın məlumatına görə, rəsmi hesabatda bildirilir ki, 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 627 min 835 nəfər xarici vətəndaş səfər edib, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,6% artım deməkdir: “Ölkəni ziyarət edən xarici vətəndaşların sayına görə Rusiya (171 min 814 nəfər), Gürcüstan (138 min 909 nəfər), İran (99 min 158 nəfər) və Türkiyə (72 min 733 nəfər) liderlik edib. Birləşmiş Ərəb Əmirliklərindən 29 min 317 nəfər, Ukraynadan 11 min 847 nəfər, İraqdan 11 min 112 nəfər gəlib.
2018-ci ilin ilk 3 ayı ilə keçən ilin müvafiq dövrünü müqayisə etdikdə xüsusi artım tempinə görə seçilən ölkələr Küveyt (614%), BƏƏ (31%), Gürcüstan, Türkiyə (12,7%) və Rusiyadır (6,9%).
İlk rübdə Azərbaycana səfər edən xaricilərin əsas hissəsi MDB ölkələri və Gürcüstan (54,5%), Fars körfəzi və Yaxın Şərq ölkələri (26,5%), Avropa ölkələrinin (14,8%) payına düşüb. MDB ölkələri və Gürcüstan üzrə 9%, Fars körfəzi və Yaxın Şərq ölkələri üzrə 15,9%, Avropa üzrə 9,4% artım müşahidə edilib”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.