banner
banner

İdman

Avropa Liqasında yarımfinalçılar müəyyənləşib

Avropa Liqasında yarımfinalçılar müəyyənləşib

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.

"Report" xəbər verir ki, gecənin qarşılaşmalarından sonra İngiltərənin "Arsenal", İspaniyanın "Atletiko", Fransanın "Marsel" və Avstriyanın "Zaltsburq" komandaları yarımfinala yüksəlib.

"Arsenal" ötən həftə evdə 4:1 hesabı ilə yendiyi MOİK-lə Rusiyada 2:2 hesablı heç-heçə edib. "Topçular" iki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf olublar.

"Atletiko" evdə 2:0 hesabı ilə yendiyi "Sportinq"ə Portuqaliyada minimal hesabla uduzsa da, top fərqində üstün olub.

"Marsel" və "Zaltsburq" komandaları isə müvafiq olaraq, Almaniya "Leyptsiq"i ilə İtaliya "Latsio"sunun qapısından müvafiq olaraq 5 və 4 cavabsız top keçiriblər və ilk görüşdəki məğubiyyətin əvəzini artıqlaması ilə çıxıblar.

Avropa Liqası, 1/4 final, cavab oyunları

23:05. "Zaltsburq” (Avstriya) – Latsio (İtaliya) - 4:1

Qollar: Munas Dabbur, 56. Amadu Haydara, 72. Hi-Çan Hvanq, 74. Ştefan Layner, 76 - Çiro İmmobile, 55

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 2:4

23:05. "Sportinq” (Portuqaliya) – "Atletiko” (İspaniya) - 1:0

Qol: Fredi Montero, 28

Baş hakim: Milorad Majiç (Serbiya)

İlk oyun – 0:2

23:05. MOİK (Rusiya) – "Arsenal” (İngiltərə) - 2:1

Qollar: Fyodor Çalov, 39. Kirill Nababkin, 50 - Denni Uelbek, 75

İlk oyun – 1:4

Baş hakim: Feliks Tsvayer (Almaniya)

23:05. "Marsel” (Fransa) – "Leyptsiq” (Almaniya) - 4:2

Qollar: Ştefan İlsanker, 6-öz qapısına. Buna Sarr, 9. Florian Toven, 38. Dimitri Payet, 60 - Bruma, 2. Jan-Kevin Oqüsten, 55

Baş hakim: Born Keypers (Hollandiya)

İlk oyun – 0:1

Yarımfinal mərhələsinin püşkü bu gün atılacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.