Vətəndaş generalın adı ilə təhdid edilir – Prezidentə müraciət
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin sakini Ramil Şahbazov Prezident İlham Əliyev, Dövlət Təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə, Daxili İşlər naziri Ramil Usubova və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Şikayətçi müraciətin bir surətinin də Cia.az saytının redaksiyasına ünvanlayıb. Ramil Şahbazov iddia edir ki, onu Baş Dövlət Yol Polisi idarəsinin rəisi Ramiz Zeynalovun adından təhdid edirlər. Şikayətçinin sözlərinə görə, o, bu ilin fevral ayının 1-dən “188” evakuator xidmətində işləməyə başlayıb. Onunla bağlanan əmək müqaviləsində aylıq maaşı 350 manat göstərilib. “Maaşdan əlavə ay ərzində işimə görə faiz almalıydım. Mənə demişdilər ki, aylıq işlədiyin pulun 10 faizi sənə çatacaq. Mən hər gün ən pis halda 100-180 manat civarında pul işləyirdim. Pulları hər axşam şirkətin rəhbərliyinə daxil olan Samir, yaxud da Səfər adlı şəxslərə verirdim. Bir ay işləyəndən sonra maaşımı istədim, amma vermədilər. Dedilər ki. 10-15 gün də gözlə maaşını da, işlədiyin pulların müəyyən edilən faizini alacaqsan. Mən də onlara inanaraq işləməyə davam etdim. Amma onlar söz verdikləri kimi deyil, hissə-hissə mənə cəmi 180 manat pul verdilər, məni get-gələ saldılar. Sonra da rəhbərimizin qardaşı Rəşad Mustafayev məni hədələməyə başladı. O, mənə dedi ki, bura Ramiz Zeynalovundur, əgər harasa şikayət etsən başına oyun açdırar, səni həbs etdirər”. Şikayətçi müraciət etdiyi şəxslərdən bu məsələyə diqqət ayıırmalarını xahiş edir. Məlumat üçün deyək ki, “188” evakuator xidmətinin rəhbəri İsmixan Mustafayevdir. Böyük ehtimalla şikayətçini qorxutmaq üçün Ramiz Zeynalovun adından istifadə edilir. Hər halda Ramil Şahbazov maaşını alana qədər şikayətlərini davam etdirəcəyini bildirir və güman ki, onun müraciət etdiyi qurumlar məsələni araşdıraraq həqiqəti üzə çıxaracaqlar.
Məsələ ilə bağlı "188" evakuator xidmətinin rəhbərliyi ilə əlaqə saxladıq, lakin onlar müxtəlif bəhanələrlə cavab verməkdən yayındılar. Cia.az
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.