UEFA İsveçrə klubunu avrokuboklardan kənarlaşdırıb
İsveçrənin "Syon" klubu 2018-2019 və 2019-2020 mövsümlərində avrokuboklarda iştirakdan məhrum edilib.
"Report"un məlumatına görə, bu barədə UEFA-nın Klublara Maliyyə Nəzarəti Komitəsi qərar çıxarıb. Səbəb kimi lisenziyalaşdırma və maliyyə feyr-pleyi qaydalarının pozulması göstərilib. "Syon"a 235 min dollar cərimə də kəsilib.
Qazaxıstan "İrtış"ı bir avrokubok mövsümündə şərti kənarlaşdırılma cəzası və 440 min avro cərimə ilə üzləşib. Pavlodar şəhərinin təmsilçisi 3 illik sınaq dövrü keçəcək.
Albaniyanın "Tirana" və Serbiyanın "Voyvodina" klubları 215 min avro cərimələniblər. Bu məbləğlər 2017-2018 mövsümündə Avropa Liqasında iştirak qarşılığında klubların gəlirlərindən çıxılacaq.
Qeyd edək ki, maliyyə feyr-pleyini pozması üzündən Bakının "İnter" (hazırkı "Keşlə") klubu 2016-2017 mövsümündə avrokuboklardan kənarlaşdırılmışdı. Kluba eyni zamanda iki transfer dövründə yeni oyunçu alması qadağan edilib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb